İngiltərənin “Nyukasl” klubunun hücumçusu Endi Kerroll yenidən zədələnib.

Rekord.az xəbər verir ki, 30 yaşlı ingilis hücumçu bu dəfə qabırğasından aldığı zədədən əziyyət çəkir.

Onun bərpa müddəti barədə açıqlama verilmir. Amma Britaniya mətbuatı forvardın bu il meydana çıxmaq şanslarının az olduğunu yazır.

Qeyd edək ki, Kerroll bu mövsümün əvvəlini də zədə səbəbindən buraxmalı olmuşdu. O, zədədən yenicə qayıtmışdı.