İngiltərənin “Sauthempton” klubu koronavirus pandemiyasına görə yaranacaq maliyyə böhranını minimuma endirmək üçün futbolçuların və məşqçilərin məvaciblərini azaldıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

“Sauthempton”da klubun Direktorlar Şurasının, əsas komandanın menecerinin, məşqçi və futbolçu heyətinin aprel, may və iyun ayları üçün nəzərdə tutulan məvacibləri azaldılıb.

Koronavirus pandemiyasına görə İngiltərə Premyer Liqası qeyri-müəyyən müddətə təxirə salınıb.