Premyer Liqa klubu sabiq yarımmüdafiəçisi ilə gücləndi
- 01 İyl 2024 21:21
- 152
İngiltərənin "Aston Villa" klubu sabiq futbolçusu Ross Barklini heyətinə qatıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü "Luton Taun"da keçirmiş 30 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.
Sözləşmənin detalları açıqlanmayıb. İngiltərə millisinin də şərəfini qorumuş Barkli "Çelsi" və "Everton" komandalarında da çıxış edib. O, “Çelsi”də olarkən “Aston Villa”da icarədə də oynayıb.