İngiltərənin “Aston Villa” klubu baş məşqçisi Din Smitin müqaviləsini uzadıb.
Rekord.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə müddəti 2023-cü ilə qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Aston Villa” hazırda Premyer Liqada 13 turdan sonra 15-ci sırada yer alıb.