İngiltərənin “Everton” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçisi Morqan Şnederleni itirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda fransalı futbolçunun fevralın 23-də “Arsenal”a qarşı keçirdikləri oyunda aldığı zədənin ciddi olduğu diqqətə çatdırılıb. Bu üzdən o, dizindən əməliyyat olunub. 

30 yaşlı yarımmüdafiəçinin dəqiq bərpa müddəti açıqlanmasa da, Britaniya mətbuatı Şnederlenin ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazır.

Fransalı futbolçu bu mövsüm “Everton”da 15 Premyer Liqa matçının iştirakçısı olub. Onunla yanaşı, sözügedən klubda Qbaminlə Luka Din də zədədən əziyyət çəkir.