İngiltərənin “Brayton” futbol klubunun baş direktoru Pol Barber komandanın oyunçularından birinin koronavirusa yoluxduğunu açıqlayıb.

Rekord.az xəbər verir ki, o, bu barədə “Sky Sports”a açıqlamasında məlumat verib:

“Üç futbolçunu koronavirus testindən keçirdik. Onlardan birinin testinin nəticəsi müsbət oldu. Biz müntəzəm tibbi yoxlama keçirmirik. Oyunçuları və personalı yalnız əlamətlərin yaranması zamanı yoxlayırıq. Virusa yoluxmuş oyunçu bütün lazımlı köməyi alır”.

Xatırladaq ki, daha öncə İngiltərənin “Çelsi”, “Portsmut” və “Vest Bromviç” klublarının oyunçularında da koronavirus aşkarlanmışdı.