Premyer Liqa klubunda maaşlar il sonuna qədər dayandırıldı
- 22 Apr 2020 12:21
- 598
İngiltərənin “Şeffild Yunayted” klubu koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar bəzi qərarlar qəbul edib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisində futbolçuların və məşqçilərin maaşlarının bir hissəsi və bonus ödəmələri ilin sonuna kimi dondurulub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu və məşqçi heyətinə təşəkkür edən klubun CEO-su Stefen Bettis, bunun sayəsində klubda çalışan digər şəxslərin maaş problemi ilə üzləşməyəcəyini diqqətə çatdırıb.
“Şeffild Yunayted” Premyer Liqada 28 oyuna topladığı 43 xalla 7-ci pillədə qərarlaşıb.