Premyer Liqa klubunda yeni müqavilə
- 07 Fev 2020 14:40
- 771
İngiltərənin “Brayton” klubu futbolçusu Deyvi Prepperin müqaviləsini yeniləyib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niderland milli komandasının da üzvü olan Prepper, 2017-ci ilin yayından “Brayton”da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 22 oyunda iştirak edib.