İngiltərənin “Everton” klubu futbolçusu Meyson Holqeytin müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2015-ci ildən “Everton”da çıxış edən Holqeyt, bu mövsüm Premyer Liqada 21 oyunda iştirak edib.