İngiltərənin “Everton” klubu kapitan Şeymus Koulmen ilə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu ilə yeni müqavilə 2023-cü ilin yayına kimidir. Əvvəlki sözləşmənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.

Koulmen 2009-cu ildən “Everton”un uğurları üçün çalışır. İrlandiyalı futbolçu bu komandanın heyətində bütövlükdə 350 matça çıxıb, 26 qol vurub.