
Premyer Liqa matçları qara görə təxirə salınacaqmı? PFL-dən rəsmi açıqlama
- 21 Fev 2025 10:49
- 126
Dünən gecədən yağan qar və soyuq hava səbəbindən Misli Premyer Liqasının 24-cü turunun matçlarının təxirə salınam ehtimalı yaranıb. "Rekord.az" bu barədə Peşəkar Futbol Liqasına müraciət edib və rəsmi açıqlama alıb.
Onu sizə təqdim edirik: "Turun oyunlarının keçiriləcəyi bütün stadionlar diqqət mərkəzindədir. İlk növbədə təbii ki, bu gün "Neftçi" - "Sumqayıt" oyununun baş tutacağı "Neftçi Arena"ya xüsusi diqqət yönəldilib. Ot örtüyünə düşmüş qarın hündürlüyü çox deyil. Yalnız cüzi buzlama var və yumşalması gözlənilir. Ardından texnikalar işə düşəcək və oyuna qədər hər şeyin qaydasında olmasına, hazır vəziyyətə gətirilməsinə çalışılacaq. Bütün klublara qırmızı toplar da təqdim olunub. Hər bir komanda diqqət mərkəzindədir. Hər hansı müraciət olan kimi operativ şəkildə dəstək veririk. Şamaxıda yağan qarın hündürlüyü daha çoxdur. Amma bunu təxmin etdiyimizdən daha öncədən AFFA və klubla koordinasiyalı şəkildə çalışmışıq, texnikanın sayı artırılıb. Bu dəqiqə işlərimiz hər hansı problemin olmaması yönündə sürətli şəkildə davam edir. Fors major hal olarsa, təbii ki, ictimaiyyətə məlumat veriləcək".
Yazar haqqında
