Azərbaycan Premyer Liqasında 12-ci turun ən yaxşı futbolçusu məlum olub. 

Rekord.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən 336 xallıq göstərici ilə “Səbail”in oyunçusu Turan Manafov ötən turun ən yaxşısı seçilib. 

Gənc futbolçu “Sabah”a qarşı görüşdə (1:3) 90 dəqiqə meydanda olub və açar ötürmə ilə yadda qalıb.