Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, növbəti turun oyunlarını aşağıdakı hakimlər idarə edəcəklər:

Azərbaycan Premyer Liqası
12-ci tur

22 noyabr

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”, 19:00

23 noyabr

“Səbail” – “Sabah”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 15:00

24 noyabr

“Neftçi” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”, 17:00

“Zirə” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Komleksinin stadionu, 15:00