Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun rəmzi komandası müəyyənləşib.

Rekord.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən təşkil olunan siyahıda yeni adlar var. 

Belə ki, "Sabah"ın 3 üzvü - Saşa Stamenkoviç, Kərim Diniyev, Ulise Diallo, həmçinin "Neftçi"nin müdafiəçisi Ömər Buludov ilk dəfə simvolik komandaya düşüb.

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdı:

Qapıçı: Saşa Stamenkoviç – 268 (“Sabah”);

Müdafiəçilər: Məqsəd İsayev - 238 (“Sabah”) - 2, Adrian Skarlatake – 269 (“Zirə”) - 2, Kərim Diniyev - 288 (“Sabah”), Ömər Buludov - 294 (“Neftçi”);

Yarımmüdafiəçilər: Turan Manafov – 336 (“Səbail”) - 2, Soni Mistivar - 319 (“Neftçi”) - 2, Hendrik Ekşteyn - 314 (“Sabah”) - 2, Xayme Romero – 261 (“Qarabağ”) - 2;

Hücumçular: Ulise Diallo - 309 (“Sabah”), Xulio Sezar Rodriqez - 317 (“Zirə”) - 3.