Premyer Liqada 13-cü turun rəmzi komandası
- 03 Dek 2019 18:40
- 842
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun rəmzi komandası müəyyənləşib.
Rekord.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən geridə qalan turun oyun cədvəli aşağıdakı kimidi:
Qapıçı: Anar Nəzirov – 268 (“Qəbələ”) - 2;
Müdafiəçilər: Donald Gerye - 279 (“Neftçi”), İviça Zuniç – 289 (“Qəbələ”), Miyusko Boyoviç - 287 (“Keşlə”) - 3, İlkin Qırtımov - 270 (“Keşlə”) - 2;
Yarımmüdafiəçilər: Klesio Bauk– 318 (“Qəbələ”) - 2, Merab Giqauri - 290 (“Qəbələ”) - 4, Fernan Lopes - 352 (“Qəbələ”) - 3, Rövlan Muradov – 249 (“Qəbələ”);
Hücumçular: Davit Volkov - 270 (“Qəbələ”) - 4, Ağabala Ramazanov - 247 (“Səbail”) - 2.
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdı.