Azərbaycan Premyer Liqasının 16-cı turunun rəmzi komandası məlum olub.

Rekord.az PFL-ə istinadən xəbər verir ki, rəmzi heyətdə son turda “Qəbələ”ni 3:2 hesabıyla məğlub edən “Sabah”dan 4 futbolçu yer alıb:

Qapıçı: Saşa Stamenkoviç (“Sabah”) - 2;

Müdafiəçilər: Aylton Silva (“Qarabağ”) - 5, Filip İvanoviç (“Sabah”), İviça Juniç (“Qəbələ”) - 2, Maksim Medvedev (“Qarabağ”) - 3;

Yarımmüdafiəçilər: Elvin Cəfərquliyev (“Sumqayıt”), Xəyal Nəcəfov (“Sumqayıt”), Hendrik Ekşteyn (“Səbail”) - 3, Ozan Can Kökcü (“Sabah”) - 3;

Hücumçular: Ruslan Hacıyev (“Səbail”), Marko Deviç (“Sabah”).

Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayıdı.