Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun rəmzi komandası məlum olub.

Futbolinfo.az xəbər verir ki, son turda “Sabah”ı 2:0 hesabıyla məğlub edən “Qarabağ”dan 4 futbolçu rəmzi komandada yer alıb:

Qapıçı: Stanislav Namaşko (“Keşlə”);

Müdafiəçilər: Faysal Rerras (“Qarabağ”) - 2, Anastasios Papazoqlu (“Zirə”), Miyuşko Boyoviç (“Keşlə”) - 2, Abbas Hüseynov (“Qarabağ”) - 6;

Yarımmüdafiəçilər: Stiven Monroz (“Neftçi”) - 2, Merab Giqauri (“Qəbələ”) - 2, Şafik Tiqrudja (“Zirə”) - 2, Dani Kintana (“Qarabağ”) - 2;

Hücumçular: Maqaye Qeye (“Qarabağ”) - 3, Klesio Bauk (“Qəbələ”).