Premyer Liqada ayın ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu
- 19:30
- 36
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Ən yaxşı mütəxəssis adına "Nottingem Forest"dən Nuno Espirito Santo layiq görülüb. "Nyukasl"da çıxış edən isveçrəli futbolçu Aleksandr İsak isə səsvermədə digər rəqiblərini qabaqlayıb.
"Nottingem Forest" Premyer Liqadakı son 6 matçın 5-də qalib gəlib və hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. İsak isə ötən ay çempionatda 8 qola imza atıb.