Premyer Liqada çıxış edən futbolçu qeyri-adi zədə alıb
- 09 Okt 2024 14:00
- 155
İngiltərə Premyer Liqa təmsilçisi "İpsviç Taun"un futbolçusu Aksel Tuanzebe qeyri-adi zədə alıb.
Rekord.az xəbər verir ki, konqolu futbolçu qab yuyarkən şüşəni sındırıb və yaralanıb.
Şüşə parçasının əlini kəsməsindən sonra oyunçunun barmağının amputasiya edilmə riski yaranıb.
Lakin uğurlu əməliyyatdan sonra Tuanzebenin durumu yaxşılaşıb.
26 yaşlı müdafiəçi “Mançester Yunayted”in yetirməsidir. O, ötən ilin sentyabrından “İpsviç Taun”da çıxış edir.