İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi Devid Moyesin aylıq məvacibi azaldılıb.

Rekord.az “Guardian”a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis maaşının azaldılmasını özü istəyib.

Bu üzdən də klub rəhbərliyi onun aylıq maaşının 30 faiz azaldılmasına qərar verib. Bununla da şotlandiyalı mütəxəssis koronavirus pandemiyasına görə ciddi maliyyə problemləri ilə üzləşən klubuna yardım edib.

Moyes Premyer Liqada maaşının azaldılmasına razılıq verən üçüncü baş məşqçidi. Ondan öncə “Bornmut”un baş məşqçisi Eddi Hau və “Brayton”un çalışdırıcısı Qraham Potter də oxşar addımı atmışdı.