
Premyer Liqada fevral ayının ən yaxşı baş məşqçisi bəlli oldu
- 14 Mar 2025 20:00
- 40
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, bu ada "Everton"un "sükanı arxasında" olan Devid Moyes layiq görülüb.
Mütəxəssis azarkeşlərin səsverməsinə əsasən Oliver Qlasner (“Kristal Pelas”), Anqelos Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.
Moyes karyerasında 11-ci dəfə Premyer Liqada ayın baş məşqçisi seçilib və Xosep Qvardiolanın uğurunu təkrarlayıb. Sözügedən mükafatı ən çox Aleks Ferqyuson (27 dəfə) və Arsen Venger (15) qazanıb.