İngiltərənin “Brayton” klubu baş məşqçisi Qraham Potterlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

44 yaşlı mütəxəssislə əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayında bitəcəkdi. Amma yeni müqaviləyə əsasən, bu müddət daha iki il uzadılıb. Bir sözlə, ingilis məşqçi 2025-ci ilin yayına qədər bu komandanı çalışdırmağa davam edəcək.

Qraham Potter məşqçilik karyerasına İsveçin “Ostersun” klubunda (2010-2018) başlayıb. Daha sonra “Suonsi Siti”də baş məşqçilik edən mütəxəssis bu ilin may ayında “Brayton”un “sükanı arxasına” keçib.

“Brayton” Premyer Liqada 13 turdan sonra 15 xalla 20 iştirakçı arasında 12-ci sırada qərarlaşıb.