“Çelsi”nin çalışdırıcısı Enzo Mareska Premyer Liqada sentyabrın ən yaxşı məşqçisi seçilib.


Rekord.az xəbər verir ki, cəmi iki ay Premyer Liqada baş məşqçi işləyən italiyalı çalışdırıcının rəhbərliyi altında “Çelsi” sentyabrda üç qələbə qazanıb (“Bornmut” üzərində 1:0, “Vest Hem” 3:0 və “Brayton” 4:2), bir dəfə heç-heçə edib (“Kristal Pelas” – 1:1).

 

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer isə Premyer Liqada sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

 

Palmer payızın ilk ayında “Çelsi”nin heyətində üç oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.