Ukrayna Premyer Liqasının 2 təmsilçisi birgə bəyanat yayıb.


Rekord.az xəbər verir ki, “Karpatı” və “Rux” klubu birləşdiklərini elan ediblər.


Hər iki klub Lvovu təmsil edir. Hazırda onlar turnir cədvəlində qonşu pillələrdədirlər.


Qərar 2025/26 mövsümündən qüvvəyə minəcək. Hazırkı mövsümü isə klublar ayrıca başa vuracaqlar.


Klubun əsas bazası “Karpatı”nın heyəti ilə formalaşacaq, “Rux” isə 2025-ci ilin yayından akademiyanın fəaliyyəti ilə məşğul olacaq.


Hazırda “Karpatı” Ukrayna Premyer Liqasında 17 oyundan 24 xalla 6-cı, “Rux” isə 23 xalla 7-ci yeri tutur.