Premyer Liqanın bərpa tarixi açıqlandı
- 28 Apr 2020 11:41
- 527
Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqası iyun ayında bərpa oluna bilər.
Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, çempionatın iyunun sonunda bərpa edilməsi, avqusta qədər başa çatdırılması nəzərdə tutulub.
Mövsüm başa çatdırılacağı halda aşağı liqada ilk iki yeri tutan klubların elitaya yüksəlməsi planlaşdırılır. Belə olan halda elitanı tərk edən olmayacaq və növbəti mövsüm 18 klubun iştirakı ilə keçiriləcək. 2021/22 mövsümündən etibarən isə yenidən 16 komandadan ibarət çempionat təşkil olunacaq.