Premyer Liqanın daha bir klubu qərarını dəyişdi
- 15 Apr 2020 13:40
- 628
İngiltərənin “Bornmut” klubu koronavirus pandemiyasına görə müvəqqəti tətilə göndərdiyi işçiləri haqda çıxardığı qərarı ləğv edib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən ay klubda çalışan işçilərin böyük qismini tətilə göndərmiş, onlara maaş ödəyə bilməyəcəyini açıqlamışdı.
Lakin ciddi etirazlardan sonra “Bornmut” da həmin işçiləri ilə bağlı qərarını dəyişmək məcburiyyətində qalıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, daha öncə “Liverpul” və “Tottenhem” də işçilərini oxşar şəkildə tətilə göndərmiş, lakin sonradan azarkeşlərinin etirazı nəticəsində bu qərarı dəyişdiyini, bütün çalışanların məvacibini ödəyəcəklərini açıqlamışdılar.