Premyer Liqaya 15 karateçi ilə
- 29 Apr 2021 16:15
- 2038
Azərbaycan karateçiləri 30 aprel - 2 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytı məlumat yayıb.
Mötəbər yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 15 idmançıdan ibarət heyət iştirak edir. Milli komandanı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, eləcə də qadınların baş məşqçisi Denis Morozov və kata üzə baş məşqçi Vahid Ayvazov müşayiət edir.
Karateçilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq. Kata çıxışlarında Roman Heydərov (fərdi) və Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət (komanda) iştirak edəcək.
Lissabonda Premyer Liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq.