Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət millimizə uzun illər baş məşqçilik etmiş Faiq Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. "Rekord.az" xəbər verir ki, ölkə başçısı sənədi bu gün imzalayıb.

Təcrübəli mütəxəssis bu mükafata Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə layiq görülüb.