"Prezident Kuboku-2023": Avarçəkənlərimizdən daha 4 medal
- 06 May 2023 02:12
- 433
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasında ikinci günə start verilib.
Rekord.az xəbər verir ki, yarışın Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən mərhələsində 500, 1500 və 2000 metr məsafəyə mübarizədə qaliblər müəyyənləşib.
Azərbaycan təmsilçiləri ikinci yarış günündə ümumilikdə 4 medal (1 gümüş, 3 bürünc) qazanıblar.
2005-2008-ci il təvəllüdlü qızların mübarizəsində Gülnarə Həmzəyeva 500 metr məsafəyə bir nəfərlik kanoe qayığında üçüncü yeri tutub.
2005-2006-cı il oğlanların eyni məsafəyə 1 nəfərlik kayak yarışında Elmir Məmmədov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bu yaş kateqriyası üzrə 500 metrlik məsafəyə 2 nəfərlik kanoe qayığında Ramil Mustafayev və Rüfət Rəhimov bürünc medal əldə ediblər.
Nəhayət, Nurlan Paşayev 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında akademik avarçəkmə üzrə 2000 metr məsafəyə yürüşdə 3-cü yerlə kifayətlənib.
"Prezident Kuboku-2023"
Qızlar (2005-2008)
Bir nəfərlik kanoe (500 m)
1. Manana Petriaşvili (Gürcüstan)
2. Ulyana İvanova (Qazaxıstan)
3. Gülnarə Həmzəyeva (Azərbaycan)
Qızlar (2005-2006)
Bir nəfərlik kayak (500 m)
1. Evrim Bostancı (Türkiyə)
2. Andrea Botnariuk (Rumıniya)
3. Kulikauskayte Morta (Litva)
Oğlanlar (2005-2006)
Bir nəfərlik kanoe (500 m)
1. Sezar Amari (Moldova)
2. Elmir Məmmədov (Azərbaycan)
3. Radislav Çifliqarov (Bolqarıstan)
Oğlanlar (2007-2008)
Bir nəfərlik kayak (500 m)
1. Rahmi Kaan Karahan (Türkiyə)
2. Denis Yarovenko (Ukrayna)
3. Volodimir Narayevski (Ukrayna)
Oğlanlar (2007-2008)
Bir nəfərlik kanoe (500 m)
1. Kaan Ahmedov (Bolqarıstan)
2. Giorgi Ekaladze (Gürcüstan)
3. Saveli Lijin (Qazaxıstan)
Qızlar (2007-2008)
İki nəfərlik kayak (500 m)
1. Özge Naz Yıldız - İşılsu Karvan (Türkiyə)
2. Eftikia Aleksandraki - Yakaterini Kissamitaki (Yunanıstan)
3. Diana Poyarkova - Beate Skretule (Latviya)
Oğlanlar (2005-2006)
İki nəfərlik kanoe (500 m)
1. Nikolao Diakakis - Konstantinos Metaksas (Yunanıstan)
2. Aleksandru-Kristian Mirea - Ruben-Aleksandru Sakrieriu (Rumıniya)
3. Ramil Mustafayev - Rüfət Rəhimov (Azərbaycan)
Qızlar (2007-2008)
Bir nəfərlik kayak (500 m)
1. Mişel Fesun (Ukrayna)
2. Diana Poyarkova (Latviya)
3. Eva Plesnitsar (Slovakiya)
Oğlanlar (2007-2008)
İki nəfərlik kayak (500 m)
1. Muhammet Emin Sulak - Rahmi Kaan Karahan (Türkiyə)
2. Denis Yarovenko - Volodimir Narayevski (Ukrayna)
3. Edqars Bitmanis - Oskars Paymetovs (Latviya)
Oğlanlar (2005-2006)
Bir nəfərlik kayak (500 m)
1. Nika Odişelidze (Gürcüstan)
2. Denis Mençinski (Polşa)
3. Ali Kemal Sarar (Türkiyə)
Oğlanlar (2005-2006)
Akademik avarçəkmə (2000 m)
1. Luka Urtaşvili (Gürcüstan)
2. Bahodir Abdurahmanov (Özbəkistan)
3. Nurlan Paşayev (Azərbaycan)
Oğlanlar (2007-2008)
Akademik avarçəkmə (1500 m)
1. Yovan Mirinkoviç (Serbiya)
2. Muhamme Efe Yılmaz (Türkiyə)
3. Camalbek Turqunov (Özbəkistan)
Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayır.
Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.
Yarışın ilk günündə Azərbaycan avarçəkənləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.