29 aprel 2025-ci il tarixində Mingəçevir şəhəri Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək.


Rekord.az xəbər verir ki, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq. 


Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək. 


Əraziyə giriş sərbəstdir!