
“Prezident Kuboku-2025”-ə Suqovuşanda start veriləcək
- 14:20
- 44
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasına aprelin 30-da Suqovuşanda start veriləcək.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidməti məlumat yayıb.
Saat 11:00-dan etibarən Avropa, Asiya və Afrikadan 20-dən artıq ölkədən 200-dən çox idmançının mübarizə aparacağı reqatanın rəsmi açılış mərasimi keçiriləcək.
Rəsmi hissədən sonra su üzərində şoular və avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq. Daha sonra idmançılar 200 metr məsafədə ilk medallar uğrunda mübarizə aparacaqlar.