“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı
- 03 May 2024 20:00
- 206
Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü günün qalibləri mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç təqdim ediblər.
Turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayıb. Azərbaycan idmançıları yarışda 9 medal əldə ediblər.