Prezidentliyə namizədliyini geri götürdü - “Beşiktaş”da
- 18 Okt 2019 11:40
- 728
Oktyabrın 20-də Türkiyənin “Beşiktaş” klubunda yeni prezident seçkisi keçiriləcək.
Rekord.az xəbər verir ki, bazar günü baş tutacaq seçki öncəsi namizədlərin siyahısında dəyişiklik baş verib.
Belə ki, İsmail Ünal öz namizədliyini geri götürüb. Bu üzdən də prezidentlik uğrunda Sərdal Adalı, Ahmet Nur Çebi və Hürser Tekinoktay mübarizə aparacaq. İsmail Ünal namizədliyini geri götürərkən seçkilərdə Sərdal Adalıya dəstək göstərəcəyini bəyan edib.
Qeyd edək ki, “Beşiktaş”a 2012-ci ildən rəhbərlik edən Fikrət Orman bir müddət əvvəl istefa verib. Bu üzdən də İstanbul klubunda növbədənkənar prezident seçkisi təyin olunub.