Prosineçki Azərbaycana qayıdır? – “Hər şey mümkündü, görəcəyik”
- 16 Dek 2019 13:23
- 711
Xorvatiyalı mütəxəssis Robert Prosineçki yenidən Azərbaycan millisində baş məşqçilik edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Rekord.az xəbər verir ki, yerli mətbuata qısa açıqlama verən 50 yaşlı mütəxəssis, bunları deyib:
“Hər şey mümkündü, görəcəyik. Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var”.
Ötən ay Bosniya və Herseqovina millisindən ayrılan Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.