Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki yığmaya çağırmadığı "Qarabağ"ın qapıçısı Asmir Beqoviç haqda danışıb.

Rekord.az-ın sportsport.ba-ya istinadən yaydığı xəbərə görə, o, bununla bağlı deyib:  "Mən Beqoviçi milliyə qaytarmaq haqda düşünürdüm. O, Avropa Liqasında yaxşı oynayan "Qarabağ"a getdi. Bizdə Beqoviç üçün yer olacaq".

Qeyd edək ki, Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb və ehtiyatda qalıb. Prosineçki bir ildən artıqdır ki, qapıda "Qarabağ”ın sabiq qolkiperi İbrahim Şehiçə güvənir. Bu dəfə xorvatiyalı çalışdırıcı Şehiçlə yanaşı Kenan Piriç ("Maribor”, Sloveniya) və Yasmin Buriçə (Hayfa "Hapoel”i, İsrail) dəvət göndərib.