Prosineçki: “Bu xəbərlərin reallıqla əlaqəsi yoxdu”
- 24 Apr 2020 14:20
- 634
Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Robert Prosineçki Azərbaycan millisindən təklif alması ilə bağlı yayılan iddialara cavab verib.
Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, “sport.avaz.ba” saytına müsahibəsində yenidən Azərbaycan millisinin baş məşqçisi olacağı ilə bağlı xəbərləri yalanlayıb:
“Bunları kimin yazdığını bilmirəm, belə bir məsələ yoxdu. Azərbaycan millisindən heç kimlə danışmamışam. Bu xəbərlərin reallıqla əlaqəsi yoxdu”.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.