Prosineçki ilə Riad Rəfiyevin danışıq aparmasını xorvatlar da yazır
- 21 Dek 2019 12:00
- 981
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi postuna bir nömrəli namizəd Robert Prosineçkidi.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı Xorvatiya mətbuatı yayıb.
Bildirilir ki, Bosniya və Herseqovina yığmasından ayrıldıqdan sonra işsiz olan təcrübəli mütəxəssislə görüş olacaq. Hətta görüşü AFFA adından "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin aparacağı qeyd olunub. Həmkarlarımızın yazdığına inansaq, Rəfiyev Prosineçki ilə İstanbul və ya Zaqrebdə danışıq masası arxasında əyləşəcək. Millimizin yeni baş məşqçisi məsələsinin yanvarın əvvəlinə qədər həll ediləcəyi də vurğulanıb.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclasında baş məşqçi Nikola Yurçeviçlə yolların ayrılması qərara alınıb. Prosineçki 2014-2017-ci illərdə yığmamızı çalışdırıb.