Prosineçkinin qayıtdığını rəsmən açıqladılar
- 30 Dek 2019 12:30
- 888
Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Robert Prosineçkiyə tapşırılıb.
Bu barədə klubun prezidenti Berna Gözbaşı məlumat verib. O, sosial şəbəkə hesabında bunları qeyd edib:
“Robert Prosineçki ilə anlaşdıq. Yarıda qalmış hekayəni tamamlamağa gəlir. Camiəmizə xeyirli olsun. Super Liqada qalmaq bizim üçün çox önəmlidi. Anlaşmamızın müddəti mövsümün sonuna qədərdi. Elitada qalsaq, yenidən masaya oturacağıq”.
Qeyd edək ki, Prosineçkinin son iş yeri 2018-ci ildən çalışdırdığı Bosniya və Herseqovina yığması olub. 2014-2017-ci illər aralığında Azərbaycan yığmasını çalışdıran 50 yaşlı mütəxəssis 2012/13 mövsümündə isə məhz “Kayserispor”a baş məşqçilik edib.