“Psixoloji gərginlik var, bunu hiss edirəm” - Qurban Qurbanov
- 02 Dek 2019 22:12
- 775
“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu”.
Futbolinfo.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”ın qonağı olan Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Oyunsonrası mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”.
- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?
- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.
- Avrokubok matçından sonra komanda gərginliyi üzərindən ata bilibmi?
- Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq. (matc.az)