
PSJ-dən rekord
- 16 Apr 2025 16:00
- 80
PSJ Fransanın digər təmsilçisi Lion “Olimpik”inin UEFA Çempionlar Liqasındakı rekordunu qırıb.
Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu buna İngiltərədə "Aston Villa"ya uduzduğu (2:3) 1/4 final mərhələsinin cavab oyununda nail olub.
Parislilər cari mövsüm qitənin bir nömrəli klub turnirində 30 qola imza atıb. Lion klubu isə 2004/2005 mövsümündə 29 qolla yadda qalıb.
Fransada "Aston Villa"nı 3:1 hesabı ilə üstələyən PSJ Çempionlar Liqasında yarımfinala yüksəlib.