PSJ-nin futbolçusu rəsmən “Yuventus”da
- 19:39
- 45
İtaliya təmsilçisi "Yuventus" Fransa millisinin və PSJ-nin futbolçusu Randal Kolo Muaninin transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
26 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında Turin təmsilçisində çıxış edəcək. "Qoca sinyora" onu satın almaq hüququna da malikdir.
Muani cari mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 14 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.