Fransanın “Nitsa” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb. Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Kristof Qaltye ilə yollarını ayırıb.

Sözügedən mütəxəssisin bundan sonra PSJ-yə rəhbərlik edəcəyi iddia olunur. Paris klubu hətta buna görə “Nitsa”ya təzminat da ödəyəcək. PSJ-nin indiki baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırmasından sonra Qaltye ilə rəsmi müqavilə bağlaması gözlənilir.

Qaltye 2021-ci ilin iyunundan “Nitsa”ya rəhbərlik edirdi. 

“Nitsa”nın yeni baş məşqçisi də məlumdur. Sözügedən komandaya bundan sonra Lüsyen Favr rəhbərlik edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsveçrədən olan 64 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Lüsyen Favr daha öncə də “Nitsa”ya rəhbərlik edib. O, 2016-2018-ci illər aralığında sözügedən komandanın baş məşqçisi olub.