PSJ-nin prezidenti Nasser Al-Xelaifi Kriştiano Ronaldonun klubuna transferi ehtimalını şərh edib.

Rekord.az xəbər verir ki, o, bu keçidi mümkünsüz sayır: "O, əfsanədir, ulduzdur. Bir peşəkar futbolçu kimi hər zaman rəğbətim olub. Möhtəşəm futbolçudur və 37 yaşında belə, yaxşı formadadır. Hər klub onunla müqavilə bağlamaq istəyər. Lakin problem odur ki, bizim klubda o mövqeydə kifayət qədər futbolçumuz var. Ona görə, Ronaldonn transferi mümkünsüzdür".