
PSJ “Sassuolo”nun futbolçusundan imtina edib?
- 02 İyl 2022 16:15
- 443
PSJ klubu transfer hədəflərindən biri olan "Sassuolo"nun hücumçusu Cunluka Skamakkanın keçidi ilə bağlı 10 gündür ki, italiyalılarla əlaqə saxlamır.
Rekord.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, “Sassuolo”nun baş direktoru Covanni Karnevalidən sitat təqdim edib: “PSJ 10 gündür ki, Skamakka ilə bağlı bizimlə əlaqə saxlamır. Hazırda əlaqəmiz yoxdur. Canlukanı başqa bir xarici kluba sata bilərik. Onu istəyən var”.