Niderlandın PSV klubunun yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, Erediviziya təmsilçisinin “sükan”ı Roger Şmidtə tapşırılıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssis yeni mövsümdən PSV-ni çalışdıracaq. Şmidtin niderlandlılarla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Son olaraq Çinin “Beytsin Qoan” komandasını çalışdıran Şmidt, daha əvvəl Almaniyada “Proyssen”, “Paderborn”, “Bayer”, Avstriyada isə “Zalsburq”un “sükanı arxasında” olub.

PSV-ni hazırda Ernest Feber çalışdırır. Eyndhoven təmsilçisi Erediviziyada 4-cü sıradadır.