Şabran şəhər Mərkəzi stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 100m və 200m məsafəyə qaçış üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilikdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 30 nəfər idmançı iştirak etmişdir.

Gənclər Gününün qeyd edilməsi, yenyetmə və gənclərin idmana marağının artırılması, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi, sağlam həyat tərzinin təbliğ olunması və yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə keçirilmiş 100 və 200m məsafəyə qaçış üzrə Şabran rayon birinciliyində I, II, III yeri tutan və fərqlənən idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.