Qadın boksçumuz lisenziyasız qaldı
- 04 İyn 2021 22:38
- 17669
Azərbaycan boksçusu Məhsəti Həmzəyeva (57 kq) Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə qoşulub.
Rekord.az xəbər verir ki, təmsilçimiz 1/8 final çərçivəsində Aycan Güldağı (Türkiyə) ilə qüvvəsini sınayıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 boksçumuz çıxışını davam etdirir. Onlardan Tayfur Əliyev (57 kq) Olimpiadaya vəsiqəyə sahib olub.