Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığma komandasının üzvləri aprelin 5-dən etibarən Yaponiyada cüdo təlim düşərgəsində iştirak edir.

Rekord.az xəbər verir ki, aprelin 22-nə qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığmasının 6 üzvü qatılıb.

Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir. 

Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.