Qadın cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında
- 18 Noy 2022 20:45
- 415
Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin 9 üzvü Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına qatılıb.
Rekord.az xəbər verir ki, hazırlıq prosesi noyabrın 23-dək davam edəcək.
Təlimdə İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanistan, Çexiya, Macarıstan və Kosovodan olan 100-ə yaxın idmançı iştirak etdir.
Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edir.
Təlim-məşq prosesi qarşıdakı yarışlarda uğurlu nəticə almaq məqsədi daşıyır.