Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar. "Rekord.az" xəbər verir ki, ilk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3-0 hesabı ilə qələbə qazanıb. Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyib.

Komandamız bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.